İŞİD tərkibində vuruşan mütəşəkkil dəstə yenidən hakim qarşısında

19 Yanvar 2019 13:25 (UTC+04:00)

Suriyada vuruşduğuna görə həbs edilən İŞİD-çilər apellyasiya şikayəti veriblər.

AzNews.az-ın məlumatına görə, məhkum olunan Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin məhkəmə prosesinin hazırlıq iclası 24 yanvar tarixində hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 7 dekabr 2018-ci il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatının bir qolu olan "Nüsra Cəbhəsi" tərkibində Suriyada vuruşmaqda təqsirləndirilən Emin Quliyev, Asim Baxışov və Teyfur Əliverdiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Məhkəmənin hökmü ilə E.Quliyev 13 il, digər şəxslərin isə hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına əsasən, həmin şəxslər Türkiyə ərazisindən keçərək Suriyada Gürcüstan vətəndaşının rəhbərlik etdiyi cinayətkar birliyin tərkibində "Kalaşnikov"dan istifadə edərək orada hava limanının alınması uğrunda gedən döyüşlərdə iştirak ediblər. Daha sonra İstanbul şəhərinə gələrək oradan Azərbaycana qayıdıblar. Ölkə ərazisində olarkən həbs ediliblər.

AzNews.az