Türkiyə 79 min suriyalıya vətəndaşlıq verib

19 Yanvar 2019 14:14 (UTC+04:00)

Statistik rəqəmi daxili işlər naziri Süleyman Soylu ölkədə keçiriləcək bələdiyyə seçkilərindən danışarkən açıqlayıb. Nazirin sözlərinə görə, martda keçiriləcək seçkilərdə Türkiyə vətəndaşlığı almış suriyalılar da iştirak edəcək: “Türkiyə 79 min 820 suriyalıya vətəndaşlıq verib. Onlardan yetkinlik yaşına çatmış 59 min 99 nəfər bələdiyyə seçkilərində səsverməyə qatılacaq”.

Qeyd edək ki, Türkiyə martın 31-də bələdiyyə seçkiləri keçirməyə hazırlaşır.(qafqazinfo.az)

AzNews.az