“Napoli” PSJ-dən 120 milyon avro tələb edir

19 Yanvar 2019 16:30 (UTC+04:00)

İtaliyanın “Napoli” futbol klubu yarımmüdafiəçisinə görə, Fransanın PSJ komandasından 120 milyon avro tələb edir.

Fransa təmsilçisi “Napoli”nin futbolçusu Markes Allanı heyətinə qatmaq niyyətindədir. Neapol təmsilçisi isə braziliyalı oyunçunun transferindən 120 milyon avro gəlir əldə etmək istəyir.

Markes Allan ilə İngiltərənin “Mançetser Siti” klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Markes Allan 2015-ci ildən “Napoli” klubunun şərəfini qoruyur. Onun “Napoli” ilə müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, cari mövsümdə 25 oyunda meydana çıxıb, onların ikisində məhsuldar ötürmə ilə yadda qalıb.(AZƏRTAC)

AzNews.az