50-dən çox terrorçu məhv edildi

20 Yanvar 2019 09:23 (UTC+04:00)

Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb.

RİA "Novosti" xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Bildirilir ki, aviazərbə şənbə günü ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığında, terrorçulardan ibarət böyük bir qrupun Somali milli ordusuna hücumuna cavab olaraq endirilib.(report.az)

AzNews.az