Meksikadakı partlayışda ölənlərin sayı 76 nəfərə çatıb

20 Yanvar 2019 11:07 (UTC+04:00)

Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Bu barədə "El Universal" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.

Bir sıra ölkələrin rəhbərləri ölənlərin yaxınlarna başsağlığı verib. ABŞ Meksika hökumətinə dəstək verməkdə və faciənin nəticələrinin aradan qaldırılmasına yardım etməkdə hazır olduğunu bildirib.(report.az)

AzNews.az