“20 Yanvar bütün türk dünyasının qürur günüdür”

20 Yanvar 2019 11:15 (UTC+04:00)

Bu barədə jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkal Özoral deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın tarixində çox önəmli gündür. "Bu gün matəm günüdür. 1990-ci ilin bu günü qardaşlarımızı şəhid verdik. Dərdimiz böyükdür. Eyni zamanda bu Azərbaycanın süverenlik tarixində önəmli gündür. Çünki 20 Yanvar tarixi Azərbaycanın müstəqillik qazanmasında əsaslı dönüş oldu", - deyə o qeyd edib.

Səfir həmçinin əlavə edib ki, 20 Yanvar milli qürur günüdür: "Bu gün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qürur günüdür. Şəhidləri sayğı ilə anırıq".(report.az)

AzNews.az