Bir ildə Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb

20 Yanvar 2019 11:43 (UTC+04:00)

Nəticədə 2018-ci ildə ölkədə əhalinin sayı 210 min nəfərə yaxın azalıb.

Bu barədə Dövlət Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, ötən il hər 100 ölümə 58 doğuş qeydə alınıb.

2017-ci illə müqayisədə ötən ildə doğum halları 7 faiz azalıb. Belə ki, 2017-ci ildə ölkədə 335,5 min nəfər doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 312,6 min təşkil edib.

Qeyd edək ki, hazırda Ukraynanın əhalisi 42 milyon 177 min nəfərdir.(AZƏRTAC)

AzNews.az