“Avropa Parlamentində çıxarılan qərarlar, sənədlər elə orada da qalır”

20 Yanvar 2019 11:54 (UTC+04:00)

"Guya Avropa Parlamenti qətnamə qəbul edib. Həmin müzakirələrə baxanda görürsən ki, iclasda 751 deputatdan cəmi 30-u iştirak edir. Çıxışlara baxanda görmək olur ki, bu adamlar yazdıqlarını belə oxuya bilmir".

Bunu Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

"O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar məsələdən bixəbərdir. Bu, bir daha onun qurulma iş olduğunu göstərir. Bunun Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Biz Avropa Parlamentinin üzvü deyilik. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır. Orada tək Azərbaycanla bağlı deyil, digər ölkələrlə bağlı da ikili standartlı, yüzlərlə bu tipli, çoxlu sayda qətnamə var. Əgər Avropa Parlamenti problem axtarırsa, problem onların elə özündədir. Elə Avropa ölkələrində baş verən hadisələrə baxın. Orada insan hüquqları pozulur", - deyə YAP rəsmisi vurğulayıb.(report.az)

AzNews.az