İranda 12 yük vaqonu relsdən çıxdı

20 Yanvar 2019 13:15 (UTC+04:00)

İranın Bafq-Bəndər və Abbas rayonlarının ərazisində yük qatarının 12 vaqonu resldən çıxıb.

Hadisə bu gün baş verib.

Məlumata görə, İranın Yəzd vilayətinin Bafq rayonundan Hörmüzqan vilayətinin Bəndər Abbas rayonuna doğru hərəkət edən qatar Cənnətabad-Bəyaz stansiyaları arasında relsdən çıxıb. Ümumilikdə qatara 43 vaqon qoşulduğu bildirilir.

Hazırda bu istiqamətdə yol bağlı olduğundan qatarların hərəkəti dayandırılıb.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.(trend.az)

AzNews.az