Oğuzda qəzası: xəsarət alanlar var - FOTO

20 Yanvar 2019 15:45 (UTC+04:00)

Oğuzda baş verən qəzada bir neçə nəfər xəsarət alıb.

Hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Opel" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az