Əfqanıstanda qubernatora bombalı hücum - 8 nəfər öldü - FOTOLAR

20 Yanvar 2019 16:44 (UTC+04:00)

Əfqanıstanın Loqar vilayətinin qubernatoru Məhəmməd Ənvər İshaqzeyin kortecinə bombalı hücum olub.

Terakt zamanı qubernator xəsarət almayıb.

Lakin, kortecdəki 8 mühafizəçi ölüb, 10 nəfər də yaralanıb.

Hücumun məsuliyyətini “Taliban” terror təşkilatı öz üzərinə götürüb. (qafqazinfo)

AzNews.az