Ağcabədidə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb - VİDEO

20 Yanvar 2019 18:35 (UTC+04:00)

Ağcabədi rayonunda məskunlaşan məcburi köçkünlər 20 Yanvar faciəsinin şəhidlərini anıblar.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 yanvar 2019-cu il tarixdə qəsəbədəki Şəhidlərin xatirə kompleksi qarşısında geniş ümumrayon tədbiri keçirilib.

Mərasimdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, şəhidlərin ruhuna dualar oxunub. (report)

AzNews.az