Afinada iğtişaşlar: 10 polis yaralandı

20 Yanvar 2019 22:13 (UTC+04:00)

Yunanıstanda parlament binası qarşısında baş verən iğtişaşlar nəticəsində on nəfər polis əməkdaşı xəsarət alıb.

Bu barədə “Naftemporiki” nəşrinin məlumatında deyilir.

İğtişaşları Skopye ilə Prespan sazişinə etiraz edən bir qrup anarxist törədib. Onlar polis əməkdaşlarına daş atıblar, cavab addım kimi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunub.

Bildirilir ki, bir neçə uşaq gözyaşardıcı qazdan zərər çəkib. Onlardan biri xəstəxanaya aparılıb.

Sabiq baş nazir Antonis Samaras bəyan edib ki, bütün təxribatlara rəğmən, milyonlarla yunan Prespan sazişinə qarşı çıxır və çıxacaq.

Καρέ - καρέ ο «χημικός πόλεμος» στο Σύνταγμα https://t.co/HwZLWg2p3j pic.twitter.com/UMCzREIvgN

— naftemporiki.gr (@naftemporikigr) January 20, 2019

AzNews.az