Çinin əhalisi 1 milyard 395 milyona çatdı

21 Yanvar 2019 09:10 (UTC+04:00)

Ötən il Çinin əhalisi 5.5 milyon artaraq 1 milyard 395 milyona çatıb. 2017-ci ildə isə əhalinin artımı 7.37 milyon olub.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda informasiyanı "RİA novosti" agentliyi yayıb.

Mənbə bildirir ki, Çin Xalq Respublikasında şəhər əhalisi 17.9 milyon çoxalaraq 831.37 milyon nəfər təşkil edib.

Yerli mətbuat bir müddət öncə yazmışdı ki, Çində uşaqların sayına görə tətbiq edilən qadağa aradan qaldırılacaq.

Babək Göyüş

AzNews.az