Misirdə altı fironun qəbri tapıldı

21 Yanvar 2019 09:21 (UTC+04:00)

Misirin Qədim Abidələr üzrə Nazirliyi xəbər verir ki, bu qəbirlər Böyük Britaniyanın Birmingem universitetinin arxeoloji missiyasının mütəxəssisləri tərəfindən tapılıb.

Qədim Abidələr üzrə Misir Ali Şurasının baş katibi Mustafa Vəziri bildirib ki, bir qəbrin giriş qapısı toxunulmamış qalsa da, ora min illər əvvəl qarət olunub. Onun sözlərinə görə, aşkar olunmuş altı qəbir müxtəlif ölçüdədir.(AZƏRTAC)

© AzNews.az