Mustafa Sandalın yeni sevgilisi ortaya çıxdı - VİDEO

21 Yanvar 2019 10:18 (UTC+04:00)

Son günlər 6 fərqli qızla adı sevgi dedi-qodularında hallanan türkiyəli müğənni Mustafa Sandal bu dəfə aylardır izləyicilərdən gizlətdiyi sevgilisini təqdim edib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Mustafa Sandal bu dəfə bombanı partladıb və aylardır gizli saxladığı sevgilisini instagramda izləyicilərinə tanış edib.

11 ildir evli olduğu 2 uşağının anası Emine Jahoviçdən boşandıqdan sonra Sandal özündən 20 yaş kiçik sevgilisi Melis Sütşurup ilə olan münasibətini rəsmi olaraq bildirib.

"Söz verdiyim kimi ilk sizinlə tanış edirəm" deyərək instagramdan o anları canlı yayımlayan Mustafa Sandalın bu paylaşımı izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb. Cütlüyü bir-birinə çox yaraşdıran olduğu kimi aralarındakı yaş fərqinin problem çıxaracağını düşünən izləyicilər də oldu.

Bununla da Mustafa Sandal sevgi iddialarının doğru olduğunu sübuta yetirdi.

Melis Sütşurup ötən günlərdə Mustinin mahnısını dinləyərkən çəkdiyi videoda “Demişdim kaş ki, arxada çalınan mahnını eşitsəydiniz”-deyə bildirmişdi.

Qeyd edək ki, Melis Sütşurupun əvvəlki evliliyindən bir oğlu var.

Səidə Nurməmmədli

AzNews.az