Türk qırıcıları hücuma keçdi - İraqda 6 terrorist öldürüldü

21 Yanvar 2019 10:32 (UTC+04:00)

Türk qırıcılarının İraqın şimalında yerləşən Zap, Sinat-Haftanin və Hakurka keçirdiyi hava hücumu zamanı ən azı 6 terrorist zərərsizləşdirilib.

AzNews.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi tvitter səhifəsində bu haqda açıqlama verib.

Açıqlamada dünən İraqın şimalındakı Zap, Sinat-Haftanin və Hakurk bölgələrinə təşkil olunan hava hərəkatında terror qruplaşmasına aid silah, sığınacaqların məhv edildiyi, bazalara hücum etməyə hazırlaşan silahlı 6 terroristin öldürüldüyü bildirilib.

Pərvanə Ağazadə

AzNews.az