Əfqanıstanda partlayış - 18 nəfər öldü

21 Yanvar 2019 11:07 (UTC+04:00)

Əfqanıstanın paytaxtı Kabildən cənub-qərbdə, Maydanşəhr şəhərində partlayış olub.

Hadisə nəticəsində ən azı 18 nəfər ölüb, 27 nəfər yaralanıb.

Yerli KİV-lər taliblərə məxsus minalanmış avtomobilin Əfqanıstan xüsusi xidmət orqanlarının bazasının yaxınlığında partladığını yazır.

"Tolo News" telekanalı üç hücumçunun məhv edildiyini bildirir.(trend.az)

© AzNews.az