Bakıda 22 ton maye qaz daşıyan maşın aşdı - VİDEO

21 Yanvar 2019 11:35 (UTC+04:00)

Bakı şəhərində "Mercedes" markalı avtosistern aşıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nizami rayonu ərazisində İran İslam Respublikasına məxsus, içərisində 22 ton maye qaz olan "Mercedes" markalı avtosistern aşıb.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) müvafiq qüvvələri, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin və Dövlət Neft Şirkətinin (SOCAR) mütəxəssisləri hadisə yerinə cəlb olunub. Sistern SOCAR-ın qaldırıcı kranı vasitəsilə götürülərək xüsusi təxliyə avtomobilində, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin müşayiəti ilə, H.Əliyev adına Bakı Neft Emalı Zavodunun ərazisinə daşınıb.

AzNews.az