Moskvada bir nəfər onu qaçıranları güllələdi - film kimi hadisə

21 Yanvar 2019 11:41 (UTC+04:00)

Moskvanın mərkəzində bir nəfər onu qaçırmaq istəyən şəxsləri güllələyib.

AzNews.az Ren TV-yə istinadən xəbər verir ki, cinayətkarlar böyük məbləğdə pul oğurlamaq istəyiblər.

Oğrular onu VAZ maşınında evinə apararaq, 20 milyon rubl (512 min manat) pulu onlara verməyi tələb ediblər.

Həmin şəxs cinayətkarlardan qurtulmağı bacararaq özünün Mercedes-Benz Gelandewagen avtomobilinə minib və maşındakı odlu silahdan onlara atəş açıb.

Cinayətkarlar qaça bilməsin deyə onların avtomobilini də yararsız hala salıb.

Hazırda hadisə yerində araşdırma aparılır. Yaralılar xəstəxanaya çatdırılıb.

Fəridə Abdulla

AzNews.az