İsrail qırıcıları Suriyanı bombaladı - 11 nəfər öldü

21 Yanvar 2019 12:27 (UTC+04:00)

Məlumatı yanvarın 21-də Suriya İnsan Hüquqları Monitorinq Təşkilatı yayıb.

Təşkilatdan bildirilib ki, ölənlər ya hərbçi, ya da silahlı birləşmələrin döyüşçüləridir. Onlardan ikisinin suriyalı olduğu qeyd edilib.

Rusiya Müdafiə Nazirliyinin İdarəetmə Mərkəzindən bildirilib ki, Suriyanın hava hücumundan müdafiə sistemləri (Bəşşar Əsədə bağlı) 48 saat ərzində İsrailin 30 raketini zərəsizləşdirib.

İsrailin “Haaretz” qəzeti hərbi mənbələrə istinadən yazıb ki, İran İsrailin Suriyadakı hərbi mövqelərini bombaladıqdan sonra qarşı tərəfdə İslam Respublikasının bu ölkədəki hədəflərini vurub.(report.az)

© AzNews.az