Anri futbolçusunu təhqir etdi

21 Yanvar 2019 12:37 (UTC+04:00)

Fransa Liqa-1-də çətin günlər yaşayan “Monako”nun baş məşqçisi Tyerri Anri qalmaqalla gündəmə gəlib.

“Strasburq”a 1:5 hesabı ilə uduzduqları matçın 43-cü dəqiqəsində o, futbolçusu Kenni Lalanı təqhir edib.

Oyunçunun meydanda vaxt keçirdiyini düşünən Anri kameralara düşəcək şəkildə ona “fahişənin nəvəsi, meydanda boş vaxt keçirmə” deyib. Tyerrinin təhqirini eşidən 4-cü hakim onu sakitləşdirməyə çalışsa da, o, buna məhəl qoymayıb.(qafqazinfo.az)

© AzNews.az