Demet Akalın və Okan Kurt ayrılıb?

21 Yanvar 2019 12:58 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, keçən il qalmaqallı bir şəkildə boşanıb daha sonra barışan cütlüyün ayrılıq iddaları ortaya atılıb. Buna səbəb isə onların İnstagramda bir-birlərini izləmədən çıxarmağı olub.

Demet Akalın Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə zəng edərək hadisələrə aydınlıq gətirib.

O, “Biz onsuz da bir-birimizi izləmirik. Ayrılmadıq, Allah qorusun. Axşam Dubaya istirahətə gedirik. Okan mənim paylaşdığım şəkillərə çox qarışır deyə, çoxdan bir-birimizi izləməmək qərarı almışıq” deyib.

Nigar CƏFƏR

AzNews.az