60 ölkənin dövlət başçısı Davos Forumuna toplaşır

21 Yanvar 2019 13:48 (UTC+04:00)

Sammitdə 110 ölkədən 3 mindən çox nümayəndə iştirak edəcək.

60-dan artıq ölkənin başçısı, o cümlədən Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Yaponiyanın baş naziri Sintze Abe, Almaniya kansleri Angela Merkel, Braziliya prezidenti Jair Bolsonaru, İtaliya baş naziri Cuzeppe Konte, İspaniyanın baş naziri Pedro Sançes, Əfqanıstan prezidenti Əşrəf Qani, İraq lideri Bəhram Saleh, Çin sədrinin müavini Van Tsişan forumun işinə qatılacaq.

ABŞ lideri Donald Tramp, Böyük Britaniya baş naziri Tereza Mey və Fransa prezidenti Emmanuel Makron ölkədaxili problemlərə görə Davosa gələ bilməyəcəklər.

Bundan başqa, BMT, NATO, Dünya Bankı və s. qlobal strukturların rəhbərliyi də iqtisadi forumda təmsil olunacaq.(modern.az)

© AzNews.az