Türkiyədə terror aktının qarşısı son anda alındı

21 Yanvar 2019 14:21 (UTC+04:00)

Türkiyənin cənub-şərqindəki Mardin vilayətində keçirilmiş xüsusi əməliyyat nəticəsində terror aktının qarşısı alınıb.

Xüsusi əməliyyat zamanı 150 kiloqrama yaxın partlayıcı maddə ələ keçirilib.

Bundan başqa, ərazinin və bölgədə yerləşən strateji obyektlərin xəritəsi müsadirə olunub.

Qeyd olunur ki, terror aktının PKK terror təşkilatı planlaşdırırmış.(trend.az)

© AzNews.az