Evdən qızıl və pul oğurlayan şəxs saxlanıldı

21 Yanvar 2019 14:36 (UTC+04:00)

Evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini tutulub.

DİN-dən AzNews.az-a verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları, 2000 manat və 1000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Orxan Kərimov saxlanılıb.

AzNews.az