“Sözdən sonrakı sabah” nəşr olundu

21 Yanvar 2019 14:38 (UTC+04:00)

Şair İqbal Nemətin “Sözdən sonrakı sabah” adlı sayca üçüncü şeirlər kitabı dərc olunub.

Kitabda müəllifin son illərdə qələmə aldığı şeirlər yer alıb.

Sözügedən kitabın ön sözünün müəllifi Səlim Babullaoğlu, Ələsgər Cəfərov, Tərlan Əbilov, Balayar Sadiq, redaktoru Ələsgər Cəfər, məsləhətçisi Ümid Nəccari, korrektoru Günel Əliyevadır.

Kitab “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində çap olunub. (Edebiyyatqazeti.az)

AzNews.az