Oğlunun gözləri qarşısında həyat yoldaşını ürəyindən bıçaqladı

21 Yanvar 2019 15:01 (UTC+04:00)

Türkiyənin Adana şəhərində 50 yaşlı Leyla Avcı ilə 30 illik evli olan 55 yaşlı Yusif Aziz Avcı həyat yoldaşını ona xəyanət etdiyini düşünərək öldürüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bu əməlini 13 yaşlı oğlunun gözləri qarşısında edib.

Qatil qadını boğazından və ürəyindən bıçaqlayıb.

Polis hazırda Yusif Aziz Avcını axtarır.

Nigar CƏFƏR

AzNews.az