Gənc futbolçu azarkeşə hücum etdi - Meydandan qovuldu

21 Yanvar 2019 15:10 (UTC+04:00)

Qalmaqallı hadisə İspaniyanın Sequnda B çempionatında “Exea” və “Barselona B” (1: 0) komandaları arasında keçirilən oyun zamanı baş verib. Kataloniyalıların müdafiəçisi Mussa Vahe uzun müddət topu geri verməyən tamaşaçıya hücum edib. Hakim 20 yaşlı müdafiəçiyə qırmızı vərəqə göstərib və meydandan kənarlaşdırıb.

Qeyd edək ki, Vahe Seneqal milli komandasının heyətində 2018-ci il dünya çempionatında Yaponiya yığması ilə oyunda fərqlənib - 2: 2. Müdafiəçi milli komandanın heyətində 12 oyun keçirib.(AZƏRTAC)

© AzNews.az