Nərimanov rayon Məhkəməsində Türkiyə vətəndaşı olan Tavukçu Gökhan İbrahim oğlunun məhkəmə prosesi keçirilib. AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 144-1.2.5, 144-1.2.2, 144-1.2.4-1, 144-1.2.1-ci maddələri ilə təqsirli bilinən şəxs barəsində hakim Vüqar Quliyevin sədrliyi ilə həbs-qətimkan tədbiri seçilib.
Belə ki, Tavukçu Gökhan İbrahim oğlu DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, qadınları Türkiyəyə apararaq cinsi sitismara məruz qoymaqda təqsirli bilinib.
Azər
AzNews.az