Qurban Qurbanov reytinqdə geriləyib

21 Yanvar 2019 15:48 (UTC+04:00)

Hər həftə dərc edilən siyahıda Azərbaycan bir mütəxəssislə təmsil olunub.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov cədvəldə 496-cı pillədədi. 47 yaşlı mütəxəssisin hesabında 1073 xal var.

Qurbanov son bir həftədə 1 pillə geriləyib. O, ötən həftə siyahının 495-cisi idi.

Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.

Onun hesabında 15001 xal var.(qafqazinfo.az)

© AzNews.az