“Təhminə və Zaur”da qalmaqal: “Gördüyünüz işin içinə...” - VİDEO

21 Yanvar 2019 16:14 (UTC+04:00)

Aktyor Cavidan Novruz “Təhminə və Zaur” serialından ayrılıb.

AzNews.az xəbər verir ki, aktyor bu barədə sosial şəhifədə yazıb. O, bunun səbəbini qonarar ala bilməməsi ilə əlaqələndirib:

“Utansın o adamlar, bir işi kişi kimi görmək lazımdır. Aktyoru aldatmazlar. Serial çəkirlər, amma aktyora pul verməyə can çəkirlər. Əziyyət çəkən bizik, səhər tezdən çəkilişə gedirik, canımız çıxır, sonda da belə olur. Gördüyünüz işin içinə tüpürüm. İnsana ömür bir dəfə verilir, onu da insan kimi yaşamaq lazımdır. Son dəfə hamını yığıb kişi kimi halallaşmağı belə bacarmadınız”.

Qeyd edək ki, Cavidan Novruz "Təhminə və Zaur" serialında “Spartak” obrazını canlandırırdı.

Bahar RÜSTƏMLİ
AzNews.az