“Mercedes” piyadanın həyatına son qoydu

21 Yanvar 2019 16:20 (UTC+04:00)

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, yanvarın 20-də saat 01:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Neftçala rayon sakini Elsevər Mehdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini Asif Allahverdiyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az