Sürücü avtomobili Şəki şəhərinin giriş qapısına çırpdı - 1 ölü, 1 yaralı

21 Yanvar 2019 16:41 (UTC+04:00)

Şəki sakini 25 yaşlı Tərlan İsgəndərov VAZ 2106 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısına çırpılıb.

Nəticədə sürücü yerindəcə həyatını itirib.

Avtomobildə olan sərnişin Namiq İsgəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki RMX-na çatdırılıb. Müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (ARB TV)

AzNews.az