“İsrail istənilən təcavüzkarın cavabını verməyə hazırdır” - Netanyahu

21 Yanvar 2019 17:31 (UTC+04:00)

“RİA Novosti”mxəbər verir ki, bunu İsrailin baş naziri Binyamin Netanyahu Suriyaya endirilən aviazərbələri şərh edərkən bildirib.

Onun sözlərinə görə, İsrail İranın aqressiyasına vasitəçilik edən İran və Suriya qüvvələrinə qarşı tədbirlər görür.

“Bizə zərər vurmağa çalışan istənilən dövlətə layiqli cavabını verəcəyik. Bizi məhv etməklə hədələyənlər, kim olursa-olsunlar, bunun məsuliyətini daşıyacaqlar”, - deyə Netanyahu “Ramon” aeroportunun açılış mərasimində bildirib.(oxu.az)

© AzNews.az