Azərbaycan əhalisinin sayı açıqlandı

21 Yanvar 2019 17:49 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkə əhalisinin sayı ötən ilin əvvəlindən 76493 nəfər artaraq 2018-ci il dekabr ayının 1-də 9974578 nəfərə çatıb.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

© AzNews.az