“Taliban” hərbi bazaya hücum etdi - 120-dən çox ölü

21 Yanvar 2019 19:07 (UTC+04:00)

Əfqanıstanın Vardak əyalətində “Taliban” radikal hərəkatı hərbi bazaya hücum edib.

Hücum hərbi bazanın təlim-məşq mərkəzində törədilən partlayışla başlayıb.

Hücum nəticəsində 126 hərbçi həlak olub. Digər təfərrüatları məlum deyil.

“Taliban” hücumla bağlı məsuliyyəti öz üzərinə götürdüyünü bəyan edib. (trend)

AzNews.az