Naxçıvanın 95 illik yubileyinə dair Tədbirlər Planı təsdiq edildi

21 Yanvar 2019 19:37 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 21-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Naxçıvanın muxtariyyət statusu 1921-ci ildə imzalanmış Beynəlxalq Moskva və Qars müqavilələrinə əsaslanır. Naxçıvan Muxtar Respublikası 1924-cü il fevralın 9-da yaradılıb. Naxçıvan Muxtar Respublikasının yubileyləri bundan əvvəl də dövlət səviyyəsində geniş qeyd olunub. (report)

AzNews.az