Xüsusi təyinatlılara uçmağa imkan verən geyim dəsti hazırlanır – VİDEO

21 Yanvar 2019 23:11 (UTC+04:00)

Böyük Britaniya Kral Dəniz Qüvvələri əsgərlərə yerdən bir neçə metr hündürlükdə uçaraq hərəkət etməyə imkan verən xüsusi geyim dəstinin sınaqlarını keçirir.

Uçuş dəsti sürətli manevr etməyə, mina və maneəli sahələrdən keçməyə imkan verəcək.

“Gravity Industries” şirkəti tərəfindən yaradılan uçuş kostyumu hazırda Limpstondakı Xüsusi Təyinatlı Tədris Mərkəzində sınaqdan çıxarılır.

5 mühərrikə malik uçuş dəstinin kreyser sürəti 22.35 m/saniyədir. Bu qurğunun yaxın iki il ərzində sınaqlarının tamamlanması və xüsusi təyinatlılara verilməsi nəzərdə tutulur. (AzeriDefence)

AzNews.az