Venesuelada 40 qiyamçı saxlanıldı

21 Yanvar 2019 23:25 (UTC+04:00)

Venesuelanın paytaxtı Karakas şəhərində hərbi çevriliş cəhdinə görə saxlanılan hərbçilərin sayı 40-a çatıb.

Saxlanılan şəxslər məhkəmələrə gətirilib. Şahidlərin verdiyi məlumatlara görə, gətirilmə əsnasında nəzarətçilər tərəfindən atəş açılması halları olub.

Daha əvvəl paytaxtın qərbində Milli Qvardiya qərargahının zəbt olunduğu xəbəri verilmişdi.

AzNews.az