Semih Kaya yenidən “Qalatasaray”da oynayacaq

22 Yanvar 2019 10:11 (UTC+04:00)

İstanbul klubu sabiq müdafiəçisi Semih Kayanı geri qaytarıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Semih ilyarım əvvəl məhz “Qalatasaray”dan Çexiyanın “Sparta” klubuna transfer olunub. “Sarı-qırmızılar” sabiq müdafiəçisini mövsümün sonuna qədər icarəyə götürüb.

“Qalatasaray”ın yetirməsi olan Kaya qısa müddət ərzində “Qaziantepspor” və “Kartalspor”da icarədə də oynayıb.

O, İstanbul təmsilçisinin heyətində vaxtilə 140 oyuna çıxıb, 5 qola imza atıb.(qafqazinfo.az)

© AzNews.az