Aptekin qarşısında ölüm hadisəsi

22 Yanvar 2019 10:28 (UTC+04:00)

Hadisə ötən gün saat 17:00 radələrində, Sumqayıt şəhəri 40-cı məhəllədə qeydə alınıb.

Aptekə girmək istəyən təqribən 70-75 yaşlı kişi hər kəsin gözü qarşısında qəfil yerə yıxılaraq orada dünyasını dəyişib.

Sumqayıt şəhəri Təcili Tibbi Yardım stansiyasından verilən məlumata görə, ölən şəxsin üzərində onun kimliyini təsdiq edən sənəd olmadığından şəxsiyyəti müəyyən etmək mümkün olmayıb. İlkin ehtimallara görə, ölümə səbəb ürəktutması olub.

Ölən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilərək morqa göndərilib.(trend.az)

© AzNews.az