Qardaş bacısına böyrəyini bağışladı

22 Yanvar 2019 11:06 (UTC+04:00)

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad ŞOLANın rəhbərliyi ilə 26 yaşlı qadın üzərində uğurlu böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

AzNews.az xəbər verir ki, donor pasiyentin qardaşı olub. Xəstənin həyat yoldaşının donor olmağına razılıq verməsinə baxmayaraq, qadının qardaşı bu istəyə qarşı çıxaraq özü donor olmağa qərar verib.

Rəşad Şolanın sözlərinə görə, transplantologiyada ən böyük problem donorluqdur. Bu ailə isə o nadir ailələrdən biri idi ki, həmin ailənin bütün üzvləri donor olmağa hazır olduqlarını bildirirdilər:

“Düşünürəm ki, insanlığın bu canlı nümunəsi təqdirəlayiqdir. Bu ailədən örnək götürülməlidir!”.

AzNews.az