“Taliban”ın qurucusunun oğlu öldürüldü

22 Yanvar 2019 11:15 (UTC+04:00)

Radikal "Taliban" hərəkatının qurucusu və dini lideri molla Ömərin oğlu molla Yaqub Pakistanda öldürülüb.

Bu barədə "İnterfaks" xəbər verir.

Yaqubun Pakistanın Pişəvər şəhərində öldürüldüyü bildirilir. O, əvvəlcə yaralanıb, sonra naməlum şəxslər tərəfindən öldürülüb.

Digər mənbələrdən alınan məlumata görə, Yaqub əvvəlcə qaçırılıb, sonra öldürülüb.

"Taliban" nümayəndələri hələlik bu məlumata cavab verməyiblər.(report.az)

© AzNews.az