Tayyib bəy bu cür davranışı bağışlamır - Səadət Partiyasının liderindən açıqlama

22 Yanvar 2019 11:35 (UTC+04:00)

Türkiyənin Səadət Partiyasının lideri Temel Karamollaoğlu 11-ci prezident Abdullah Gül və Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalar verib.

AzNews.az xəbər verir ki, o, Şirin Payzının suallarını cavablandırıb.

Prezident və 31 martda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı açıqlamalar verən Karamollaoğlu AKP-nin bütün seçim sandıqlarına müdaxilə edə biləcək gücdə olduğunu, sandıq siyahısına isə xəyali seçicilərin adlarının yazıldığını vurğulayıb.

AKP-nin 30%-ə düşdüyünü iddia edən T.Karamollaoğlu "Prezident seçkilərində 42% səs yığdı. Qalanlarını MHP həll elədi. İndi bu 42% səs 30%-ə enir, məğlub olur. Seçiciləri məmnun deyil. Çünki ədalət doğurdan da yoxa çıxıb" deyə bildirib.

Karamollaoğlu başda 11-ci prezident olan Abdullah Gül olmaqla hazırki prezident Rəcəb Tayyib Ərdoğanın keçmiş yoldaşları haqqında vacib açıqlamalar verib:

"Məncə, səhv edirlər. Yəni hazırda bu gün AKP-də yerləri olmayan, Tayyib bəyin yola çıxanda yanında olan dostları əslində indi səslərini yüksəltsələr, edilən səhvlərə "səhv" desələr, yaxşı olar. Amma narahatdırlar, çünki Tayyib bəy bu cür davranışı bağışlamır".

Pərvanə Ağazadə

AzNews.az