Ukraynada iki azərbaycanlı həbs olundu

22 Yanvar 2019 11:30 (UTC+04:00)

Ukraynada paytaxt Kiyevin Dneprovskiy rayon polisi Azərbaycan vətəndaşları 1991-ci il təvəllüdlü Əhmədov Ruslan Baxış oğlunu və 1987-ci il təvəllüdlü Səlimov Faiq Orxan oğlunu saxlayıb.

Rayon məhkəməsi Azərbaycan vətəndaşları barədə 4 aylıq həbs qətimkan tədbiri seçib.

Hər iki azərbaycanlı maşın oğurluğunda ittiham olunsa da onlar ittihamla razılaşmırlar.

Qeyd edək ki, məlumatlara əsasən son 1 ildə Ukraynada 10-dan çox Azərbaycan vətəndaşı həbs olunub.(report.az)

© AzNews.az