Müğənni villa almaq üçün kredit götürəcək

22 Yanvar 2019 11:50 (UTC+04:00)

33 yaşlı ifaçı tez-tez mənzilinə hücum edən fanatlarından xilas olmaq üçün təhlükəsizlik xidməti yüksək olan əraziyə köçmək qərarına gəlib.

O, Rumelihisardakı 600 min dollarlıq mənzilindən çıxaraq Ayşe Sultan Qoruğu ərazisinə yerləşmək istəyib.

Sənətçi bunun üçün 10 milyon lirə ödəməyə hazır olduğunu bildirib.

Bu məqamda bildirək ki, Hadisənin almağa hazırlaşdığı 5 otaqlı villa 250 kvadrat metr ərazini əhatə edir.

Müğənni sözügedən pulu əldə etmək üçün bankdan kredit götürəcək.(qafqazinfo.az)

© AzNews.az