Prezident BP qrupunun baş icraçı direktoru ilə görüşdü

22 Yanvar 2019 12:17 (UTC+04:00)

Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BP qrupunun baş icraçı direktoru Robert Dadli ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə BP şirkəti arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə olundu, “Azəri-Çıraq-Günəşli”, “Şəfəq”, “Asiman”, “Abşeron” və digər yataqlar üzrə əməkdaşlıq məsələləri müzakirə edildi.(AZƏRTAC)

© AzNews.az