Türkəçarə bu ölkədə rəsmən tanındı

22 Yanvar 2019 12:20 (UTC+04:00)

Bu məsələ Məşğulluq və Əmək Münasibətləri Nazirliyinin müvafiq hüquqi-normativ sənəd layihəsinə daxil edilib.

Xalq təbabəti ilə məşğul olanların ali təhsil alması vacib sayılır.

Bu müalicə üsulu Özbəkistanda 2018-ci ildə tanınıb və ona əhaliyə tibbi yardım göstərilməsində əlavə metod kimi baxılır.

Xalq təbabətinə ənənəvi tibb, onunla məşğul olan mütəxəssislərə isə digər həkimlər kimi yanaşmaq nəzərdə tutulur.

Buxarada artıq Xalq Təbəbəti Mərkəzinin yaradılmasına başlanılıb. Mərkəzdə xəstələr bitki, bal, duz və yağlarla müalicə alacaqlar.(teleqraf.com)

© AzNews.az