Cənubi Koreya onu gözləyir

22 Yanvar 2019 12:24 (UTC+04:00)

Cənubi Koreya hökuməti bu il mart ayının sonunda Şimali Koreya lideri Kim Çen Inı Seulda qəbul etməyə hazırlaşır.

Bu barədə "İnterfaks" xəbər verir.

Cənubi Koreya mətbuatı yazır ki, Prezident iqamətgahında Şimali Koreya liderinin Seula mümkün səfərinə hazırlıqlar davam edir.

Qeyd olunur ki, ABŞ-KXDR sammiti fevralın sonuna təyin edilsə, onda Kim Çen Inın Seula səfəri həqiqətən mart ayının sonlarında təşkil oluna bilər.

Daha əvvəl Donald Tramp və Kim Çen In arasında görüşün fevralın sonlarında, ehtimal ki, Vyetnamda keçirilməsinin planlaşdırıldığı bildirilib.(report.az)

© AzNews.az